Çində robotlar rinqə çıxdı, biri başını itirdi

Çində robotlar rinqə çıxdı, biri başını itirdi
18.07.2026 03:36 Dünya

Çinin Şençjen şəhərində “Engine AI” şirkətinin təşkilatçılığı ilə “Ultimate Robot Knock-out Legend” adlı robot döyüşü turniri keçirilib.

TodayPress TV xəbər verir ki, məlumata görə, yarışda 10 ölkədən 32 komanda, o cümlədən Kaliforniya və Stenford universitetlərinin nümayəndələri iştirak ediblər. Komandalar yarış zamanı “Engine AI” tərəfindən hazırlanmış T-800 robotlarından istifadə ediblər.

Turnirin mükafat fondu 1,48 milyon dollar təşkil edib.

Yarışın ən diqqətçəkən anlarından biri isə döyüşlərdən birində robotlardan birinin başının qopması olub. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş maraq doğurub.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər