“Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi

“Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi
17.07.2026 22:34 Cəmiyyət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin yekun tədbirini icra edir.

TodayPress TV xəbər verir ki, layihə çərçivəsində İsmayıllı rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə çıxış edib. O bildirib ki, Layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi sosial, psixoloji və hüquqi nəticələri barədə maarifləndirmə aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmlənməsinə dəstək olmaqdır. Layihə, xüsusilə yeniyetmələr və gənclər arasında məsuliyyətli ailə münasibətləri, təhsilin önəmi və gender bərabərliyinə əsaslanan ailə modeli barədə məlumatlılığı artırmaqla, ailə institutunun möhkəmlənməsinə töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunacaq, benefisiarlara qanunvericilikdən çıxarışlar və digər materiallar paylanılacaqdır. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı aparatının Ərazi- təşkilat və ictimai-siyasi şöbəsinin İctimai- siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış ediblər. Tədbirdə paylanma materialları təqdim olunub.

FOTOLAR

“Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi — 1
“Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi — 2
“Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi — 3
“Gənclik və dəyərlər” layihəsinin yekun tədbiri keçirildi — 4
XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər