Yevlax sakini su kanalında batdı
Yevlax rayonunda bir nəfər suda batıb.
TodayPress TV xəbər verir ki, APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.
Axtarışlara şəxsi heyət, texnikalar cəlb olunub. Əməliyyat davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.