Xəzər Universitetində tələbə bıçaqlandı

Xəzər Universitetində tələbə bıçaqlandı
29.05.2025 13:03 Hadisə

Xəzər Universitetində tələbə bıçaqlanıb. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli TodayPress TV-yə məlumat verib.

Nizami rayonu ərazisində, Xəzər Universitetində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub: 

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır",- deyə bildirilib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər