Ucarda iki nəfər dəm qazından zəhərləndi

Ucarda iki nəfər dəm qazından zəhərləndi
01.02.2026 06:12 Hadisə
Ucarda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

TodayPress TV "APA"ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabildir.

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər