Şortikə görə gənci söyən şəxs üzr istədi - VİDEO

Şortikə görə gənci söyən şəxs üzr istədi - VİDEO
08.06.2026 15:34 Hadisə

Bir neçə gün əvvəl İçərişəhərdə gənc oğlanı şortik geyindiyinə görə təhqir edən şəxs üzr istəyib.

TodayPress TV Modern.az-a istinadla xəbər verir ki, həmin şəxs gənci üslubunun düzgün olmadığı üçün təhqir etdiyini deyib.

“Bizim məhəllədə elə formada oturmuşdu ki, etik deyildi. Ona dedim ki, belə olmaz, amma mənə ağır cavab qaytardı və mən də bilmədən təqhir etdim. Azərbaycan xalqından buna görə üzr istəyirəm. Amma deyim ki, məsələ şortik deyil. Heç kəsin gəlib kiminsə məhəlləsində insanların olduğu yerdə o formada oturması düzgün deyil”, - o deyib.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər