Şəmkirdə gənc oğlan 5-ci mərtəbədən yıxıldı
Şəmkirdə bədbəxt hadisə baş verib.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki qəsəbə sakini, 2008-ci il təvəllüdlü V.Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.