"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO
Bakının ən böyük ticarət obyektlərindən biri olan "Sədərək" Ticarət Mərkəzinin qapalı korpuslarından birində yüksək gərginlikli elektrik xətlərində qəfil partlayışlar baş verib.
TodayPress TV xəbər verir ki, hadisəyə ilkin səbəb kimi yay mövsümü ilə əlaqədar ticarət mərkəzində soyutma sistemlərinin və digər elektrik avadanlıqlarının eyni anda işlədilməsi nəticəsində şəbəkədə yaranan kəskin yüklənmə göstərilir.
Güclü gərginliyə tab gətirməyən naqillər qısaqapanma verərək ard-arda partlamağa başlayıb.
Məlumata görə, ticarət mərkəzinin tavan hissəsindən keçən magistral elektrik xətlərindən qığılcımlar sıçrayıb və tavanın bəzi hissələri tüstüləyərək yanmağa başlayıb.