Qusarda dəhşətli hadisə: Nəvəsini xilas etmək istəyən baba çayda boğuldu - VİDEO
Qusar rayonu ərazisində çaya düşərək köməksiz vəziyyətdə qalan azyaşlı polis əməkdaşının çevik və operativ müdaxiləsi nəticəsində xilas edilib.
TodayPress TV xəbər verir ki, ərazidə olan Qusar RPŞ-nin əməkdaşı uşağı sudan çıxararaq onun həyatını təhlükədən qurtarıb.
Hadisə zamanı azyaşlını xilas etmək üçün özünü suya atan babası - 65 yaşlı Şamil Muradov isə güclü axının təsiri ilə boğularaq vəfat edib. Faktla bağlı araşdırma aparılır.