Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rabil Abdullayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.