Polis olmaq istəyənlərin NƏZƏRİNƏ! DİN xidmətə qəbul elan etdi

Polis olmaq istəyənlərin NƏZƏRİNƏ! DİN xidmətə qəbul elan etdi
23.06.2026 10:23 Hadisə

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqədə ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər