Paytaxtda oğurluq edənlər saxlanıldı
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 2500 manat oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən TodayPress TV-yə verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.