Lerikdə torpaq sürüşməsi oldu

Lerikdə torpaq sürüşməsi oldu
23.08.2025 20:30 Hadisə

Lerikdə torpaq sürüşməsi baş verib.

TodayPress TV xəbər verir ki, təbiət hadisəsi rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əmkdaşları evin hər an uçmaq təhlükəsi olduğunu bildiriblər.

Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər