Lənkəranda xarici vətəndaşın meyiti tapıldı

Lənkəranda xarici vətəndaşın meyiti tapıldı
01.02.2026 17:41 Hadisə

Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı vəfat edib.

TodayPress TV  "Teleqraf"a istinadla xəbər verir ki, mərhumun nəşi müvəqqəti yaşadığı ünvanda aşkarlanıb.

Məlumata görə, Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Əli Məhəmməd Nasirin meyiti aşkar edilərək, müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlkin ehtimala görə, mərhum yuxusuzluqdan əziyyət çəkib və bu səbəbdən qəbul etdiyi dərman preparatlarının təsirindən dünyasını dəyişib. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV 

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər