İsmayıllıda faciə: Kişi ekskavatorun altında qalaraq öldü
İsmayıllıda bədbəxt hadisə baş verib.
TodayPress TV APA-ya xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.