Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var

Gəncədə maşın ağaca çırpıldı - Xəsarət alan var
03.02.2026 22:30 Hadisə

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, Ozan küçəsində qeydə alınan qəza zamanı “Mercedes” markalı maşınla “Lada Priora” markalı avtomobil toqquşub.

Zərbənin təsirindən “Lada” markalı maşın ağaca çırpılıb. 

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər