Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış oldu
Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.
TodayPress TV xəbər verir ki, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib.
Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
(APA)