Gəncədə hamamda qaz partladı - Xəsarət alan var
Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.
TodayPress TV xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.
Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.