Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın GÖRÜNTÜLƏRİ

Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın GÖRÜNTÜLƏRİ
17.06.2026 14:22 Hadisə

Bakı-Sumqayıt avtomobil yolunda baş verən və Vəkil, professor Fərhad Mehdiyevin qızı 17 yaşlı Zəhranın ölümü ilə nəticələnən qəzanın kadrları yayılıb.

Belə ki, 16 iyun saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb.  

Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib.

Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.

Motosikleti sürücülük hüququ olmadan idarə edən Z.Mehdizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq aparılır.

TodayPress TV görüntünü təqdim edir:

Türkan İsgəndərli
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər