Dənizdə batanlardan sonuncu şəxsin meyiti tapıldı
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.
Bu barədə TodayPress TV-yə FHN-in Mətbuat xidmətindən bildirilib.