Cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu, xəsarət alan var
Bu gün saat 13:10 radələrində 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.