Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO

Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO
21.06.2026 14:49 Hadisə

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

TodayPress TV. “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus  piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər