Azərbaycanda 2 nəfər hoteldə öldü

Azərbaycanda 2 nəfər hoteldə öldü
28.01.2026 14:28 Hadisə

Gəncə şəhərində yerləşən hotellərdən birində ölüm hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, yanvarın 27-si saat 17:00 radələrində Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ramiz İsgəndər oğlu Əsgərov Gəncə şəhəri ərazisində yerləşən hoteldə infarkt nəticəsində vəfat edib.

Digər ölüm faktı isə Səbail rayonunda qeydə alınıb. Belə ki, yanvarın 27-si saat 23:00 radələrində Rusiya Federasiyası vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqdan aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər