Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Oktyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 7 tapança, 1 tüfəng, 1 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.