“Araz Supermarket”ə qarşı inzibati protokol tərtib edildi

“Araz Supermarket”ə qarşı inzibati protokol tərtib edildi
23.07.2025 16:00 Hadisə

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Araz Supermarket" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bu barədə TodayPress TV-yə Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta kimi qiymətləndirilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər