Ağsuda avtomobil qəzası oldu, yaralılar var - YENİLƏNDİ

Ağsuda avtomobil qəzası oldu, yaralılar var - YENİLƏNDİ
01.02.2026 14:02 Hadisə

Ağsuda baş vermiş qəza ilə bağlı bəzi təfərrüatları məlum olub.

TodayPress TV xəbər verir ki, İdarəetməni itirən Mercedes markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə 4 nəfər müxalifət dərəcəli bədən xəsarətləri alıb. Onlardan Qazax rayon sakini 34 yaşlı Mollayev Amil Emin oğlunun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

***

11: 05

Ağsuda ağır avtomobil qəzası baş verib.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla araşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər