Ağdaşda 35 yaşlı kişini cərəyan vuraraq öldürdü
Ağdaşda faciəvi hadisə baş verib.
TodayPress TV xəbər verir ki, 1990-cı il təvəllüdlü Tahirov Saleh Əliağa oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisə rayonun Xosrov kəndində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.