"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi açıldı

"Ağ şəhər"də ağac kəsilməsi ilə bağlı cinayət işi açıldı
03.02.2026 14:01 Hadisə

Bakıda "Ağ şəhər" ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər