Bağça müəllimlərinin yerdəyişməsi sabah başlayır

Elm və Təhsil

02.04.2026 16:00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bu barədə TodayPress TV-yə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

* Şəxsiyyət vəsiqəsinin surəti;

* İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

* Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

* Diplomun surəti;

* Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

TodayPress TV

tag: Bağça,BŞTİ,Müsabiqə,Müəllim,Todaypress.tv,