Zelenski və Ştaynmayer sülh barədə müzakirə apardılar

Dünya

15.12.2025 20:20

Ukrayna Prezidenti Volodimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması istiqamətində səyləri müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında bildirib.

"Frank-Valter Ştaynmayerlə görüş zamanı mən Almaniyanın xalqımıza göstərdiyi yardımdakı liderliyinə görə təşəkkür etdim. Mən prezidenti ABŞ ilə aparılan işlər barədə məlumatlandırdım. Bu işlər ləyaqətli sülhün əldə olunmasına, etibarlı təhlükəsizlik zəmanətlərinə və iqtisadi bərpa prosesinə yönəlib", – məlumatda deyilir.

Zelenski Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının, həmçinin milli maraqların müdafiəsinin vacibliyini vurğulayıb və Almaniyanın bu məqsədlərin dəstəklənməsində prinsipial mövqeyini qeyd edib.

TodayPress TV

tag: Ukrayna,Volodimir Zelenski,Almaniya,Frank-Valter Ştaymayer,Rusiya,Müharibə,todaypress.tv,