Yeni Zelandiya "Sülh Şurası"na qoşulmaq təklifini rədd etdi
Dünya
30.01.2026 14:31
Yeni Zelandiya hökuməti ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına qoşulmaq təklifini rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson açıqlama verib.
"Yeni Zelandiya hökuməti Trampın dəvətini nəzərdən keçirib və Sülh Şurasına hazırkı formada qoşulmamaq qərarına gəlib", - deyə o bildirib.
Həmçinin Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters də ölkəsinin təşkilatı dəstəkləyəcəyini, lakin Sülh Şurasına qoşulmayacağını vurğulayıb:
"Bir sıra dövlətlər, xüsusən də regiondan olanlar, Şuranın işində iştirak etmək niyyətlərini artıq ifadə ediblər. Yeni Zelandiya da əhəmiyyətli bir töhfə verməyəcək. Bundan əlavə, həm indi, həm də gələcəkdə bu yeni strukturun mandatı ilə bağlı aydınlığa ehtiyacımız var".
Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsini 19 ölkənin nümayəndələri imzalayıblar.
Aysel Mətləb
tag: Yeni Zelandiya,ABŞ ,Tramp,Sülh Şurası,
