Yanukoviçlə bağlı hökm qüvvəyə mindi

Yanukoviçlə bağlı hökm qüvvəyə mindi
16.12.2025 23:00 Dünya

Keçmiş prezident Viktor Yanukoviç barəsində hökm qüvvəyə minib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb.

Məhkəmə qərarına əsasən, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç dövlət sərhədindən şəxslərin qanunsuz keçirilməsinin təşkili və fərariliyə təhrik etmə ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi, 27-ci maddəsinin 4-cü hissəsi və 408-ci maddəsinin 2-ci hissəsi üzrə təqsirli bilinib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər