Vens yaxın günlərdə Macarıstana səfər edəcək

Vens yaxın günlərdə Macarıstana səfər edəcək
18.03.2026 20:40 Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens yaxın günlərdə, parlament seçkiləri ərəfəsində Macarıstana səfər etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi ölkənin Baş naziri Viktor Orbana dəstək nümayiş etdirməkdir.

Mənbələr qeyd ediblər ki, rəsminin səfərinin dəqiq vaxtı hələlik məlum deyil və ABŞ-nin İrandakı hərbi əməliyyatı ilə əlaqədar vəziyyət dəyişə bilər.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər