Vaşinqton Tayvana ABŞ istehsalı olan “Abrams” tankı verəcək
Amerika istehsalı olan 28 ədəd “M1A2T Abrams” tankının bir partiyası yaxın həftələrdə Tayvana çatdırıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Taipei Times" qəzeti məlumat yayıb.
Məlumata görə, çatdırılma mart ayına qədər baş tuta bilər.
Bildirilib ki, adanın hərbi departamenti tankların Tayvana yük gəmiləri ilə mümkün qədər tez çatdırılmasını fəal şəkildə təşkil edir.
Qeyd edək ki, “M1A2T” Amerikanın “M1 Abrams” tankının yeni bir variantıdır. Vaşinqton 2019-cu ildə Taypeyə bu nəqliyyat vasitələrindən 108-nin satışını təsdiqləyib. Müqavilənin ümumi dəyəri təxminən 40,5 milyard Tayvan dolları təşkil edib.
Aysel Mətləb