Ukrayna və Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır - RƏSMİ
Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı danışıqların başlamasını təsdiqləyiblər.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəhbəri Roberta Metsola "X" sosial şəbəkəsində yazıb.
"Aİ ölkələri Avropa Parlamentinin uzun müddətdir çağırış etdiyi Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanmasına "yaşıl işıq" yandırdılar", - deyə o qeyd edib.
Həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Aİ ölkələri 15 iyunda Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayacaqlar. Bu, Lüksemburqda bu ölkələrlə hökumətlərarası konfranslar zamanı baş tutacaq və Aİ xarici işlər nazirləri orada toplaşacaqlar.
Aysel Mətləb