"Ukrayna son deyil!" – Rusiya ilə bağlı ŞOK İDDİA!
Estoniya ordusunun komandanlığı Rusiyanın gələcək planları ilə bağlı narahatlıq ifadə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo ERR-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə Rusiyanın digər istiqamətlərdə fəaliyyət imkanlarını məhdudlaşdırmır.
“Rusiya Ukrayna müharibəsindən sonra döyüş qabiliyyətini bərpa edəcək və paralel olaraq yeni hədəflər hazırlayır”, — deyə Merilo iddia edib
O qeyd edib ki, 2027-ci ilə qədər Rusiya hərbi potensialını yenidən gücləndirə bilər və imkan yaranacağı təqdirdə güc tətbiq edə bilər.
Qiymət Mahir