Ukrayna Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə endirdi

Ukrayna Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə endirdi
29.03.2026 20:40 Dünya

Martın 29-u gecə Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz uçan aparatları ilə həftə ərzində ikinci dəfə Rusiyanın Baltik dənizində “Ust-Luq” limanındakı neft terminalına zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, gecə ərzində uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Leninqrad vilayətində Ust-Luq limanındakı neft terminalı infrastrukturuna zərbə endirilib.

Bu, Rusiya üçün Baltik dənizində neft ixracının həyata keçirildiyi mühüm neft terminalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər