Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı

Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı
01.08.2026 15:23 Dünya

Qara dənizdə "Rosatom" Dövlət Korporasiyasına məxsus konteyner gəmisi Ukraynanın dəniz pilotsuz aparatlarının hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sputnik” "Rosatom"un Baş direktoru Aleksey Lixaçova istinadən məlumat yayıb.

"Bu, beynəlxalq sularda hərəkət edən və dondurulmuş ərzaq məhsullarından tutmuş tikinti və üzlük materiallarınadək mülki yüklər daşıyan adi mülki konteyner gəmisi idi", – deyə "Rosatom"un rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, hücum nəticəsində konteyner gəmisi batıb.

Lixaçov bildirib ki, gəmidə olan 17 ekipaj üzvünün hamısı xilas edilib, onların vəziyyəti qənaətbəxşdir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər