Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2

Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2
01.08.2026 17:50 İdman

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.

O, qızıl medal uğrunda yarışda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

İ.Həsənov daha əvvəl 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3, 1/8 finalda isə gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

TodayPress TV

***

16:38

Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

TodayPress TV xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3 hesabı ilə üstələyib.

İ.Həsənov 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

TodayPress TV

***

15:05

Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

TodayPress TV xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

TodayPress TV

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər