Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
01.08.2026 10:58 İdman

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Təsəlliverici görüş

48 kq

Hüseyn Rzazadə - Amirali Faz (İran)

Təsnifat mərhələsi

71 kq

Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan)

92 kq

Elgün Kərimli - Sakşam Fnu (Hindistan)

1/8 final

45 kq

Tunar Həsənov - R.Velikov (Bolqarıstan)/Ariun Erdenetuqs (Monqolustan)

51 kq

İbrahim Həsənov - Qaurav Bahi (Kanada)/Giorgi Narimanidze (Gürcüstan)

60 kq

Elcan Həsənov - Balaj Hideq (Macarıstan)/Vitold Pavlik (Polşa)

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bütün Xəbərlər