Ukrayna ordusu bir neçə istiqamətdə irəliləyiş əldə etdi

Ukrayna ordusu bir neçə istiqamətdə irəliləyiş əldə etdi
26.10.2025 09:15 Dünya

Ukrayna ordusu bəzi istiqamətlərdə irəliləyiş əldə edib.

TodayPress TV Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko bir sıra istiqamətlərdə irəliləyiş əldə etdiklərini bildirib.

Onun sözlərinə görə, hazırda əsas döyüşlər Kupyansk, Pokrovsk və Liman ərazilərində gedir. “Milli Qvardiyanın bölmələri mövqelərini qoruyur və hücum əməliyyatları aparır. Xüsusən də Kupyansk istiqamətində müəyyən irəliləyiş var,” – Pivnenko qeyd edib.

O əlavə edib ki, Donetsk vilayətinin Mirnoqrad rayonu yaxınlığında da uğurlar qeydə alınıb və bəzi yerlərdə vəziyyət sabitləşib. Bununla belə, general bildirib ki, bu proses vaxt tələb edir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər