Ukrayna Almaniyada dron istehsalı üçün müqavilə imzaladı
Dünya
15.12.2025 18:45
Ukraynanın müdafiə startapı Almaniyada dron istehsalı üçün təxminən 115 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Bu addım Ukraynanın dron istehsalını artırmaq, məhsullarını Qərb ölkələrinə satmaq və Çin texnologiyasından asılılığı azaltmaq məqsədi daşıyır.
Müqaviləyə əsasən, Ukrayna və Almaniya arasında birgə müəssisə yaradılacaq. Almaniya tərəfi istehsal texnologiyaları, Avropa təchizat zəncirləri və Bundesverlə əlaqələr təqdim edəcək. Dəyəri 40 milyon avro (təxminən 46 milyon dollar) olan zavodda 2026-cı ilə qədər Ukraynaya göndərilmək üçün 10 min dron istehsal ediləcək. Sonrakı mərhələdə dronların ixracı da mümkün olacaq.
Zavod Ukrayna ordusunda istifadə olunan “Linza” tipli çoxfunksiyalı dronlar istehsal edəcək. Məqsəd Ukrayna silahlı qüvvələrində geniş istifadə edilən Çin istehsalı dronları tədricən əvəz etməkdir.
Türkan İsgəndərli
tag: Ukrayna,Müdafiə,Almaniya,Dron,Todaypress.tv,
