Harri Keyn Münhendə qalır! “Bavariya”dan uzunmüddətli plan
“Bavariya” klubunun hücumçusu Harri Keyn Münhen təmsilçisində çıxışını 2029-cu ilin yayına qədər davam etdirə bilər.
TodayPress TV “The Times”a istinadən xəbər verir ki, yeni müqavilə ilə bağlı danışıqların bu həftə keçirilməsi gözlənilir.
İngiltərə millisinin üzvü məzuniyyətdən qayıtdıqdan sonra klub rəhbərliyi ilə görüşərək yeni müqavilənin şərtlərini müzakirə edəcək. Onun maaşının əhəmiyyətli dərəcədə dəyişməyəcəyi və illik təxminən 25 milyon avro səviyyəsində qalacağı gözlənilir.
Hazırda Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci il iyunun sonuna qədər qüvvədədir. Məlumata görə, Münhen təmsilçisi hücumçunu satmağı planlaşdırmır və onu uzun müddət komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Keyn 2023-cü ilin yayında 100 milyon avro qarşılığında “Tottenhem”dən “Bavariya”ya keçib. 33 yaşlı hücumçu ötən mövsüm keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN