FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək!

FIFA-da qalmaqal fonunda Trampdan İnfantinoya açıq dəstək!
11.08.2026 11:45 İdman

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun vəzifədən mümkün gedişini səhv qərar adlandırıb.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“FIFA hər hansı səbəbdən prezident Canni İnfantinonu dəyişdirmək imkanını nəzərdən keçirsə, dəhşətli səhvə yol vermiş olar. O, möhtəşəmdir. O, indicə əvvəlkindən dörd dəfə daha uğurlu olan dünya çempionatının təşkilinə rəhbərlik edib. İnfantino getsə, dünya çempionatlarının keçirilməsi bir daha uğurlu olmayacaq və gəlir gətirməyəcək”, – deyə Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl FIFA federasiyanın kommersiya fəaliyyətini, eləcə də turnirlərin təşkili ilə bağlı işlərini birləşdirəcək “FIFA Forward Enterprise” (FFE) şirkətinin yaradılması planını açıqlayıb. Təşkilat həmçinin özəl investorları şirkətdə pay almağa dəvət edib.

Bu təşəbbüs UEFA-nın mənfi reaksiyasına səbəb olub və dünya çempionatının boykot edilə biləcəyi barədə məlumatlar yayılıb. Daha sonra FIFA İnfantinonun açıqlamasını yayımlayıb. FIFA prezidenti layihənin fikir ayrılıqlarına səbəb olduğunu etiraf edib və təklifin həyata keçirilməyəcəyini bildirib.

İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini tutur. İsveçrəli funksioner 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən bu vəzifəyə seçilib.

Növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər