“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!”

“Alkaras tamamilə fərqlidir. Böyük üçlüklə matçı möhtəşəm olardı!”
11.08.2026 13:45 İdman

21 yaşlı rusiyalı tennisçi, “World Tennis” (ITF) səviyyəsində iki turnirin finalçısı Ruslan Tyukayev ATP turunun iştirakçıları və tennisdəki kumirləri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, Tyukayev uşaqlıqda Rocer Federerin oyun tərzinə heyran olduğunu bildirib. O, daha sonra Novak Cokoviçin əzmkarlığından və Rafael Nadalın mental gücündən nümunə götürdüyünü qeyd edib.

“Uşaqlıqda oyununun gözəlliyinə və rahatlığına görə Rocer Federeri özümə nümunə götürürdüm. Sonra bir müddət Cokoviçə baxırdım – onun nə qədər əzmkar olduğunu görürdüm. Nadalın da mentalitetindən bir qədər nümunə götürürdüm. Onun psixoloji gücü inanılmazdır. İnsan tamamilə tükənmiş vəziyyətdə olsa belə, yenə də mübarizə aparır. Buna görə də hər birindən müəyyən xüsusiyyətləri götürməyə çalışmışam”, – deyə tennisçi bildirib.

Tyukayev hazırda izləməkdən ən çox zövq aldığı tennisçinin Karlos Alkaras olduğunu söyləyib:

“Hazırda oyunlarını izləməyi ən çox sevdiyim tennisçi Karlos Alkarasdır. Məsələn, Aleks de Minora da baxa bilərəm, çünki o, inanılmaz fiziki formadadır, qaçır və yorulmur. Amma Karlos tamam başqa səviyyədir. O, hər şeyi bacarır: topu oyunda saxlaya, sürəti artıra, lazım olan anda qısa zərbə vura və servis edə bilir. Sadəcə, ideal oyunçudur”.

Rusiyalı tennisçi Alkarasın “Böyük üçlük”ün ən yaxşı vaxtlarındakı üzvləri ilə qarşılaşmasının da maraqlı olacağını vurğulayıb.

“Çox maraqlı olardı ki, onun həmin üçlüyün pik dövründəki nümayəndələrinə qarşı necə oynadığını görəydik. Çox maraqlı matçlar alınardı”, – deyə Tyukayev əlavə edib.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər