Rusiyaya daha bir zərbə - “Buk-M3” sistemi vuruldu
Ukrayna Müdafiə Qüvvələri avqustun 11-də Rusiyanın “Buk-M3” kompleksini və PUA idarəetmə məntəqələrini vurub.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş qərargahı "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, Luqansk vilayətinin Topol yaşayış məntəqəsi yaxınlığında Rusiyaya məxsus “Buk-M3” zenit-raket kompleksi, Rusiya ərazisində Belqorod vilayətinin Terebreno kəndi yaxınlığında isə komanda-müşahidə məntəqəsi vurulub.
Bundan əlavə, Luqansk vilayətinin Rovənki şəhəri ərazisində Rusiya qüvvələrinin maddi-texniki təminat anbarlarının da hədəfə alındığı bildirilib.
Ukrayna Müdafiə Qüvvələri
“Buk-M3” kompleksi
Zərbə
Luqansk vilayəti
Todaypress.tv
PUA İdarəetmə Məntəqələri