Uitkoff və Kuşner danışıqlar üçün Omana gedir
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Omana səfər edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt açıqlama verib.
"Xüsusi elçi Uitkoff və Cared Kuşner danışıqlar üçün fevralın 6-da Omana səfər edəcəklər. Prezident nəticə ilə bağlı hesabat gözləyəcək", - deyə o, mətbuat brifinqində bildirib.
Aysel Mətləb