Türkiyəyə məxsus 2 təyyarə İranda qaldı

Türkiyəyə məxsus 2 təyyarə İranda qaldı
26.03.2026 12:20 Dünya

Türkiyəyə məxsus 2 sərnişin təyyarəsi İranda qalıb.

TodayPress TV  Türkiyə KİV-ə istinadən xəbər verir ki,  bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.

O bildirib ki, müharibə başlayanda İranda olan 2 təyyarənin ekipajı Türkiyəyə təxliyə edilib. Nazir əlavə edib ki, daha bir sərnişin təyyarəsi isə İraqda gözləmə mövqeyindədir:

“İki təyyarəmiz İranda, bir təyyarəmiz isə İraqdadır. Müharibə başlayanda təyyarələr orada qaldı, heyətləri isə Türkiyəyə gətirildi. Təyyarələr müharibə bitdikdən sonra Türkiyəyə gətiriləcək”, – Uraloğlu qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər