Türkiyədə kütləvi zəhərlənmə oldu

Türkiyədə kütləvi zəhərlənmə oldu
13.07.2025 06:21 Dünya
Türkiyənin qərbində yerləşən Aydın vilayətindəki kağız fabrikində təxminən 50 işçi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.

TodayPress TV-nin məlumatına görə, bu barədə DHA agentliyi xəbər verib.

"Fabrikdə nahar etdikdən sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara müraciət edib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb", - agentlik bildirir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər