Türkiyə və Ermənistan arasında müqavilə imzalandı - VİDEO

Türkiyə və Ermənistan arasında müqavilə imzalandı  - VİDEO
04.05.2026 18:29 Dünya

Türkiyə və Ermənistan tarixi Ani körpüsünün bərpasını müştərək şəkildə həyata keçirəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə Yerevanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz öz şəxsi "X" hesabında paylaşıb.

C.Yılmaz qeyd olunan məsələyə dair Ermənistan tərəfi ilə rəsmi razılaşmanın bağlandığını bildirib. Türkiyə mətbuatında yer alan məlumatlara əsasən, sənədə Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan imza atıblar.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər